İstanbulda terror

Bəyoğlunda 5 avtomobil xüsusi vasitələrlə benzin tökülərək yandırıldı

Türkiyənin İstanbul şəhərində terror aktı baş verib.

İstanbuı şəhərinin Bəyoğlu rayonunda dayanacaqda olan 5 minik avtomobili benzin tökülərək yandırılıb.

Avtomobilləri yandıran naməlum şəxslər benzin doldurulmuş kolyoklardan istifadə edib və eyni dayanacaqda daha 20 avtomobilin üzərində “benzin kulyokları” şkarlanıb.

Məhəllə sakinlərinin xəbər verməsi ilə hadisə yerinə yanğından mühafizə briqadaları cəlb olunub və yanğının böyüməsinin qarşısı alınıb.

Polis və zirehli maşınların da cəlb olunduğu hadisə yerində terror ktını törədən şəxslərin axtarışı istiqamətində əməliyyat başladılıb.

Xatırladaq ki, ötən gecə Türkiyənin baş naziri Əhməd Davudoğlu xalqa müraciətində bu kimi hadisələr zamanı istifadə olunan molotof kokteyli və s. yandırıcı maddə və vasitələrin odlu silah statusunda dəyərləndiriləcəyini demişdi.anspress/

Google+ WhatsApp ok.ru