İstanbulda Xocalı soyıqırımın 25 illiyi qeyd olunub - FOTO

İstanbulda Xocalı soyıqırımın 25 illiyi qeyd olunub - FOTO

İstanbulda Xocalı soyıqırımın 25 illiyi qeyd olunub
 
Maide.Az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş sərgi və panel keçirilib. İstanbulun ikinci böyük bələdiyyəsi Bağcılar Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbir Mehmet Akif Ərsoy adına mədəniyyət və muzey mərkəzində baş tutub. 
 
Azərbaycanın İstanbuldakı baş konsulu Nəsim Hacıyev və Bağcılar Bələdiyyəsinin sədri Lokman Çağrıcının da qatıldığı tədbir Türkiyə və Azərbaycanın dövlət himnlərinin oxunması ilə başlayıb. "15 Temmuz" və "Hocalı katliamı" video çarxlarının nümayişindən sonra iştirakçılar tərəfindən hər iki ölkə şəhidlərinin ruhuna "Fatihə" surəsi oxunaq onlara hədiyyə edilib. 
 
Sonra Bağcılar Bələdiyyə sədri L.Çağrıcı və Azərbaycanın İstanbul baş konsulu Nəsim Hacıyev çıxışlar edərək iki ölkənin ortaq dərdlərindən və birliyindən danışıb. 
 
Sonda panel iştirakçıların Xocalı soyrımına həsr edilmiş sərgini ziyarət edib. /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru