Sudanda etirazçılar hava limanının fəaliyyətini dayandırıblar

Sudanda etirazçılar hava limanının fəaliyyətini dayandırıblar

Bir qrup etirazçı Sudanın şimal-şərqindəki Port Sudan şəhərindəki hava limanının fəaliyyətini dayandırıb.

 
"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
 
Belə ki, etirazçılar uçuş-enmə zolağına daxil olaraq, təyyarələrin qəbulu və göndərilməsinə mane olublar.
 
Məlumata görə, daxili və beynəlxalq uçuşların dayandırılması hava limanında böyük sıxlığa səbəb olub.
 
Qeyd edək ki, Sudanın Qərbi Darfur bölgəsində qəbilə və tayfalar arasında 2003-cü ildən bəri davam edən silahlı toqquşmalarda 300 mindən çox insan həlak olub, 2,5 milyon nəfər dinc sakin evlərini tərk edib.
 

Google+ WhatsApp ok.ru