Sudanda hökumət əleyhinə nümayişlərdə 2 nəfər ölüb, 14 nəfər yaralanıb

Sudanda hökumət əleyhinə nümayişlərdə 2 nəfər ölüb, 14 nəfər yaralanıb

Sudandakı xəstəxana mənbələri dördüncü gündür hökumət əleyhinə keçirilən nümayişlər zamanı iki nəfərin öldüyünü və ondan çox insanın yaralandığını bildirib.

 
Xəstəxana mənbələri Sudandakı hökumət əleyhinə nümayişlər zamanı aldığı xəsarətlərin ağırlığına görə, 1 sudanlı nümayişçinin öldüyünü bildirib.
 
Sudan Həkimlər Komitəsi 21 oktyabrda Xartumda Sudan təhlükəsizlik qüvvələri tərəfindən atılan güllə ilə yaralanan Hüseyin Əbdül Qadir Əhməd adlı etirazçının dünən (25 oktyabr) öldüyünü təsdiq edib.  
 
Komitə etirazçının ölümü ilə hökumət əleyhinə nümayişlər zamanı öldürülən etirazçıların sayının ikiyə çatdığını söyləyib.  
 
Bəzi Sudan şəhərlərində yeni keçid hökumətinin hərəkətlərinə və islahatların həyata keçirilməsində liderlərinin ciddiliyinə etiraz olaraq dördüncü gün hökumət əleyhinə etiraz aksiyaları keçirilir.  
 
Bundan əlavə, bəzi şəhərlərdə bir sıra sudanlılar Sudanla İsrail rejimi arasındakı münasibətlərin yaxınlaşdırılmasına etiraz edərək qınayıblar.