Sumqayıtda yük qatarı ilə sərnişin avtobusu toqquşub, ölən var - FOTOLAR/YENİLƏNİB

Sumqayıtda yük qatarı ilə sərnişin avtobusu toqquşub, ölən var - FOTOLAR/YENİLƏNİB

Bu gün Baş Sumqayıt stansiyasının yaxınlığında baş verən ölümlə nəticələnən qəza barədə araşdırma aparılır. 
 
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. 
 
Bildirilib ki, hadisə bu gün saat 13:20 radələrində baş verib:
 
“10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi avtobusla toqquşub. Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Aleksey oğlu Abdullayev dünyasını dəyişib.
 
Aidiyyəti orqanlar tərəfindən hadisənin başvermə səbəbi araşdırılıb, hüquqi qiymət veriləcək”.
***
 
Sumqayıt şəhərinin Haci Zeynalabdin qəsəbəsinin girişində ağır yol qəzası baş verib.
 
Həmin ərazidən keçən yük qatarı ilə sərnişin avtobusu toqquşub. Hadisə ölümlə nəticələnib.
 
Belə ki, qatarın hərəkətini tənzimləyən bələdçinin başı bədənindən ayrılıb.
 
Qəza yerinə FHN əməkdaşları və hüquq mühafizə orqanının nümayəndələri cəlb edilib. (Bizim.media.az)
 
 
 
 

Google+ WhatsApp ok.ru