Suriyada Xanım Zeynəbin (s.ə) hərəmində mövlud mərasimləri keçiriləcək 08 Yanvar 2019 09:25 Cəmadiul-əvvəl 70 metr uzunluğunda, 1 ton ağırlığında tort hazırlanacaq Xanım Zeynəbin (s.ə) mövlud günü ərəfəsində o həzrətin pak hərəmində müxtəlif mövlud mərasimləri təşkil olunacaq. Maide.Az xəbər verir ki, bunu Ali Rəhbərin Suriyadakı nümayəndəlik ofisinin rəis müavini Höccətül-islam Rəbbani deyib. “Bölgədə sabitliyin təmin olunmasını və xanım Zeynəbin (s.ə) mövlud günündə minlərlə Əhli-beyt (ə) aşiqinin o həzrətin hərəminə toplaşacağını nəzərə alaraq bir həftə müddətində “Zeynəb (s) qələbə və müqavimət iradəsi” şüarı ilə müxtəlif mövlud və mədəni tədbirlər həyata keçiriləcək.” Onun sözlərinə görə, xanım Zeynəbin (s.ə) mövlud mərasimləri yanvarın 8-dən 12-dək davam edəcək. “Cümə günü xanım Zeynəbin (s.ə) mövlud axşamı o həzrətin hərəmində möhtəşəm mərasim təşkil olunacaq. Təvaşih və ilahilər səsləndiriləcək.” Xanım Zeynəbin (s.ə) hərəmi və qəbri İrandan gətirilmiş 30 min şaxə güllə bəzədiləcək. “Bunun üçün İmam Rzanın (ə) hərəmindən xüsusi bir komanda Suriyaya səfər edib.” Höccətül-islam Rəbbani bildirib ki, xanım Zeynəbin (s.ə) mövlud günü 20 min nəfərlik tort hazırlanacaq. “Tortun uzunluğu 70 metr, çəkisi 1 ton olacaq və tortun üzəri 100 hərəm müdafiçəsi şəhidin fotoları ilə bəzədiləcək.” Teqlər : #Suriyada,#Xanım,#Zeynəbin,#(s.ə),#hərəmində,#mövlud,#mərasimləri,#keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cəmadiül-əvvəl ayı üçün əlamətdar İslami günlər Həzrət Zeynəbin (s) mövlud günü münasibətilə - FOTO