Suriyalı nazir ölkəsinin əsas düşmənini açıqladı

Suriyalı nazir ölkəsinin əsas düşmənini açıqladı

Suriya Xarici İşlər naziri Feysəl Miqdad ölkəsinin əsas düşməninin İsrail rejimi olduğunu açıqlayıb. 

Eastnews.org-un verdiyi xəbərə görə,  Nazir açıqlamasında bildirib ki, ABŞ-ın son Colan təpələri və Qüds qərarlarının heç bir qanuni dəyəri yoxdur.   

"Bu gün bəziləri hesab edir ki, Suriyaya qarşı düşmənlik edərək, uğur qazanırlar. Onlar əslində İsrail rejiminə və müttəfiqlərinə xidmət etdiklərini də gözəl anlayırlar", - deyə Feysəl Miqdad diqqətə çatdırıb. 

 O qeyd edib ki, Suriya hökuməti nə İsrail rejimi, nə də digər işğalçılar qarşısında geri addım atmayacaq.

Google+ WhatsApp ok.ru