Suriyanın Deyr əz-Zor sakinləri ABŞ işğalçılarının varlığına qarşı nümayiş keçirdilər

Suriyanın Deyr əz-Zor sakinləri ABŞ işğalçılarının varlığına qarşı nümayiş keçirdilər

Suriyanın şərqindəki Deyr əz-Zor əyalətinin sakinləri, ABŞ işğalçılarının ölkədə mövcudluğuna və neft ehtiyatlarının talan edilməsinə etiraz olaraq aksiya keçiriblər.
 
Suriyanın sakinləri bu vilayətin bir neçə şəhər və kəndində etiraz aksiyaları keçirərək Suriya hökumət qüvvələrini dəstəklədikləri şüarları səsləndirib və ABŞ işğalçılarının ölkədən çıxarılmasını tələb etdilər.
 
Maide.Az "Deyerler.org"a istinadla xəbər verir ki,  Suriyanın şəhər və əyalətlərinin sakinləri bu ölkədə ABŞ işğalçılarının mövcudluğuna qarşı çıxan ilk dəfə deyil.
 
ABŞ prezidenti, dəfələrlə qoşunlarının Suriyadan çıxarılacağını bildirmiş, lakin yaxın günlərdə isə hərbi qüvvələri neft hasil olan ərazilərdə saxlayaraq, oradan neft daşıyacağını söyləyib.
 
Suriya hökuməti dəfələrlə, ABŞ-ı olkənin neft ərazilərində olduğuna qarşı çıxaraq, bunu təcavüz hesab etmiş və bu qanunsuz mövcudluğun Suriyanın suverenliyini pozmasını bildirmişdir.
 

Google+ WhatsApp ok.ru