Suriya XİN Trampın Qolan Yüksəklikləri ilə bağlı açıqlamasını pisləyib

Suriya XİN Trampın Qolan Yüksəklikləri ilə bağlı açıqlamasını pisləyib

Suriya ABŞ prezidenti Donald Trampın Qolan Yüksəklikləri ilə bağlı açıqlamasını pisləyən bəyanat yayıb.
 
Maide.Az "ONA"-a istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi açıqlama yayıb. 
 
Açıqlamada rəsmi Dəməşq Vaşinqtonun addımını düşünülməmiş siyasət adlandıraraq əlavə edib ki, bu siyasətdə təkəbbür və hegemonluq ambisiyaları özünü göstərir.
 
Vurğulanıb ki, ABŞ açıq şəkildə beynəlxalq hüququ, o cümlədən BMT-nin 497-ci qətnaməsinin tələblərini pozur. Məlumatda o da qeyd olunur ki, bu ərazilər gec və ya tez Dəməşqin nəzarəti altına qaytarılacaq.
 
Qeyd edək ki, ötən gün prezident Donald Tramp ölkəsinin işğalçı İsrailin Qolan Yüksəkləri üzərində suverenliyini tanımasının vaxtı çatdığını bəyan edib.
 

Google+ WhatsApp ok.ru