İsveçli qız Quranı öpməklə müsəlmanlarla həmrəyliyini nümayiş etdirdi

İsveçli qız Quranı öpməklə müsəlmanlarla həmrəyliyini nümayiş etdirdi

İsveçli bir qız ekstremistlərin Malmödə Müqəddəs Quran kitabını yandırmasından sonra, Quranı öpməklə müsəlmanlarla həmrəyliyini nümayiş etdirib.
 
Deyerler.org  xəbər verir ki, Facebook-dakı “İsveçdəki Mühacirlər” səhifəsində isveçli qız belə yazıb: “Bu kitabın nə olduğunu bilmirəm, ancaq insanlıq və xeyirxahlıq naminə sizinlə həmrəy olduğumu elan edirəm. Bu kitab sizin üçün mühümdürsə, bizim üçün mühümdür. Onu öpməkdən qürur duyuruq və danimarkalıların İsveçdə etdiklərinin əleyhinəyəm. Siz müsəlmanları sevirəm”.
 
Bu səhifədə, həmçinin bunu bildirir: “Bilməlisiniz ki, İsveç milləti Avropadakı ən təmiz millətlərdən biridir və isveçlilər Quranı yandıranlar deyil, İsveçə gələn və təəssüf ki, Quranı yandıran danimarkalılardır”.
 
Xatırladaq ki, keçən həftənin cümə günü İsveçin Malmö şəhərindəki Rosenqard bölgəsində Quran nüsxəsini yandıran etirazçılar bu mövzunu sosial mediada çox paylaşmışdılar və bu ölkədə gərginliyi artırmışdı.
 

Google+ WhatsApp ok.ru