İsveçrə tankları Yəməndə müharibəyə hazırdır

Alman dilli "Blid" qəzeti İsveçrənin Səudiyyə Ərəbistanına silah ixracı barədə gecikmiş qərarına toxunaraq yazır ki, Ərəbistan sərhədlərində minlərlə İsveçrə tankı Yəməndə müharibəyə hazırdır.
 
Maide.az-ın məlumatına görə, qəzet yazır ki, İsveçrə cari ildə də 1 milyon 200 min frank dəyərində silahları Ərəbistana ixrac edib: "İsveçrənin ən böyük hərbi ixaracatından biri "Novag" şirkətinin istehsalı olan "Piranha" tankının Səudiyyə Ərəbistanına satılmasıdır. Bu günlər İsveçrədən satın alınan onlarla bu tankdan "əl-Məntiq" adı ilə Səudiyyə Ərəbistanının Yəmənlə sərhədində müşahidə olunur. 
Əlbəttə bu tanklar İsveçrədə istehsal olunmayıblar. 
İsveçrə iqtisad ofisində silaha nəzarət rəsmisinin bildirdiyinə görə, İsveçrə bu tanklardan yalnız 30-nu birbaşa olaraq Səudiyyə Ərəbistanına satıb." 
 
"Blid"in yazdığına görə, Səudiyyə Ərəbistanı 90-cı illərin ortalarında "Novag" şirkətinə bu tankdan 90 min ədəd sifariş verib. 

Google+ WhatsApp ok.ru