İsveçrədə şeyx Nimrin edamı və şeyx Zəkzəkinin həbsi qınanıldı

İsveçrədə fəallar şeyx Nimrin edamı və şeyx Zəkzəkinin həbsinı qınamaq üçün aksiya təşkil ediblər .
 
Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Cenevrə şəhərində təşkil olunan mitinqdə insanlar Səudiyyə rejiminin nüfuzlu Əhli-Beyt (ə) alimi şəhid şeyx Nimr Baqir Ən-Nimrin edamını qınayıblar.
 
Əllərində şəhid şeyx Nimr, şeyx Zəkzəkinin şəkilləri olan plakatları qaldıran fəallar dünya ictimaiyyətinin bu cinayətlər qarşısında sükutunun qəbul edilməz olduğunu vurğulayıblar.
 
Nümayişçilər Nigeriya ordusunun həbs etdiyi şeyx Zəkzəkinin dərhal azadlığa buraxılması üçün Avropa Birliyinin və digər beynəlxalq qurumların hərəkətə keçməsini istəyiblər./
 
 
 

Google+ WhatsApp ok.ru