Tələbə köçürülməsi üçün sənəd qəbulunun vaxtı uzadılıb

Tələbə köçürülməsi üçün sənəd qəbulunun vaxtı uzadılıb

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb.
 
Maide.Az xəbər verir ki, Təhsil Nazirliyindən  verilən məlumata görə, sənəd qəbulu 26 iyul saat 15:00-dək davam edəcək.
 
Bu günədək transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 1363 müraciət qeydə alınıb.
 
1363 nəfərdən 14-ü magistratura səviyyəsindən, 113-ü xaricdə yerləşən ali təhsil müəssisəsindən, 127-si orta ixtisas təhsili müəssisəsindən, 1123 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib.
 

Google+ WhatsApp ok.ru