Taliban Əfqanıstanın şimalında bir rayonun inzibati mərkəzini nəzarətə götürüb

Taliban Əfqanıstanın şimalında bir rayonun inzibati mərkəzini nəzarətə götürüb

 Taliban Bədəxşan əyalətinin Maimay rayonun mərkəzini ələ keçirib.
 
Bu barədə Əfqanıstanın Parlamentində Bədəxşan əyalətini təmsil edən deputatlar məlumatlar veriblər.
 
Bildirilib ki, Tacikistanla sərhəd zolağında yerləşən Maimay rayonun inzibati mərkəzi Talibanın nəzarətinə keçib.
 
Eyni zamanda ölkənin Müdafiə Nazirliyi bildirib ki, son sutkada Taliban 20 rayonda hücum həyata keçirib.
 
Qeyd edək ki, Taliban ABŞ-la sülh sazişi imzalayıb və əcnəbi qüvvələrə hücumu dayandırıb. Lakin Əfqanıstandaxili sülh danışıqları hələ nəticə verməyib./ SalamNews/ 

Google+ WhatsApp ok.ru