Taliban Avropa İttifaqı ölkələri ilə danışıqlara başlayıb 12 Oktyabr 2021 11:39 Dünya Taliban hərəkatı Qətər paytaxtı Dohada ABŞ-la danışıqlardan sonra Avropa İttifaqı ilə də danışıqlara başlayıb. Cari ayın doqquzunda başlayan Taliban-ABŞ danışıqları ilə yanaşı bu gündən Taliban -Avropa danışıqları da Dohada start götürür. Taliban hökumətinin xarici işlər naziri Əmirxan Müttəqi ABŞ-dan sonra Avropa ilə və sair tərəflərlə danışılqarın aparılacağını bildirib. Avropa İttifaqı nümayəndələri də belə danışıqların başladığını təsdiqləyiblər. Taliban və ABŞ bir neçə gün öncə başlatdıqları danışıqlarda səmərəli müzakirələrin aparıldığını bildiriblər. Məlumata görə Taliban Əfqanıstandan bəzi şəxslərin təxliyəsinə imkan yaradacaq və ABŞ da Əfqanıstana humanitar yardımlarını davam etdirəcək. Dünya ictimaiyyəti ilə Taliban hökumətinin əsas müzakirə obyekti Əfqanıstanda əhatəli hökumətin qurulmasıdır. Bu gözləntilərə baxmayaraq Talibanın təşkil etdiyi hökumətdə 22 nazirin hamısı pəştun və hərəkatın üzvüdür. / Əlcəzirə/ Teqlər : #Taliban,#Avropa,#İttifaqı,#ölkələri,#ilə,#danışıqlara,#başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriyanın şimalında partlayış, ölən və yaralananlar var İraqda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO