Taliban qəbul etdiyi konstitusiyanı açıqlayıb

Taliban qəbul etdiyi konstitusiyanı açıqlayıb

Taliban hökuməti elan edib ki, Əfqanıstanda Məhəmməd Zahir Şahın dövründə qəbul edilmiş konstitusiya  icra olunacaq. 
 
Maide,Az “ufuqnews”-a istinadla xəbər verir ki, bu barədə Taliban hökumətinin Ədliyyə naziri Əbdülhəkim Şəri Əlcəzirəyə açıqlamasında məlumat verib.
 
O bildirib ki, Məhəmməd Zahir Şah dövründə qəbul edilmiş konstitusiya ölkədə müvəqqəti icra ediləcək.
 
Taliban hökümətinin naziri bildirib ki, icra olunacaq konstitusiyada "şəriət"in əksinə olan qanunlar istisna edilir.
 
O həmçinin qeyd edib ki,  beynəlxalq qanunlardan da Taliban prinsiplərinə və “şəriət”ə uyğun olan qanunlara hörmətlə yanaşacaq. 
 
Qeyd edək ki, Zahir Şah 1935-1974 -cü illərdə ölkəyə rəhbərlik edib. 

Google+ WhatsApp ok.ru