Tayvanda qatar qəzasında ölənlərin sayı 48-ə çatıb - YENİLƏNİB-1

Tayvanda qatar qəzasında ölənlərin sayı 48-ə çatıb - YENİLƏNİB-1

Tayvanda sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.
 
APA-nın xəbərinə görə, bu barədə Tayvanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb
 
Bildirilib ki, hadisə nəticəsində 66 nəfər xəsarət alıb.
 
Buna qədər 40 nəfərin öldüyü, 61 nəfərin xəsarət alması barədə xəbər verilib.   
 
***
 
Tayvanda sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 40-a çatıb, 61 nəfər xəsarət alıb, daha 72 nəfər də qatarda çıxılmaz vəziyyətdə qalıb.
 
APA xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
 
Buna qədər dörd nəfərin öldüyü, 27 nəfərin xəsarət alması barədə xəbər verilmişdi.
 
***
 

Çinin Tayvan adasında içərisində təxminən 350 sərnişinin olduğu qatar relsdən çıxaraq aşıb.

 
Çin mediasının məlumatına görə, Hualien rayonuda yerli vaxtla səhər 9:00 radələrində baş verən qəza nəticəsində ən azı 35 nəfərin öldüyü güman olunur, təxminən 20 nəfər yaralanıb.
 
Polisin ilkin təhqiqatına əsasən, yamacda işləyən mühəndis avtomobili naməlum səbəblərdən sürüşüb və tunelə girmək istəyən qatara çırpılıb. Səkkiz vaqondan ibarət qatarın 4-cü və 5-ci vaqonları relsdən çıxaraq tunelin divarına çırpılıb.
 
Hazırda ərazidə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış-xilasetmə işləri aparır. /azertac/
 
 

 

Google+ WhatsApp ok.ru