İğtişaşçılar Nəcəfdə iraqlı din alimi Baqir Həkimin məqbərəsinin qapısını yandırıblar (FOTO)

İğtişaşçılar Nəcəfdə iraqlı din alimi Baqir Həkimin məqbərəsinin qapısını yandırıblar (FOTO)

Nəcəf şəhərində ötən gecə İran konsulluğunun yandırılmasından bir neçə saat sonra ölkənin böyük din alimi Seyid Məhəmməd Baqir Həkimin məqbərəsinə bir qrup tərəfindən hücum edilib.
 
SalamNews bu barədə Sumariya Agentliyinə istinadla xəbər verir.
 
Bildirilir ki, ötən gün komendant saatının tətbiqinə baxmayaraq, Nəcəfdə bir qrup iğtişaşçı Seyid Məhəmməd Baqir Həkimin məqbərəsinə hücum edib.
 
İçəri daxil ola bilməyən şəxslər qapını yandırmağa və daha sonra ərazini tərk etməyə məcbur qalıblar.
 
 
 
 

Google+ WhatsApp ok.ru