İtkin düşmüş uşaqlar mobil proqram sayəsində tapılır

İtkin düşmüş uşaqlar mobil proqram sayəsində tapılır

Çində mobil telefon proqramı ilə 1200-dən çox itkin uşağın aşkar edildiyi bildirilib.
 
Çin Dövlət Təhlükəsizliyi Nazirliyi keçən il may ayında istifadəyə verilən mobil proqram sayəsində qaçırılan, evdən qaçan və ya itən 1274 uşağın tapıldığını açıqlayıb.
 
Mobil proqram ilə bir uşaq itəndə itkin düşmə anı və yeri digər istifadəçilərə məlumat kimi göndərilir. Bu məlumatda uşağın şəkli, əlamətləri kimi məlumatlar yerləşdirilir.
 
Bundan başqa, müxtəlif bölgələrdəki polis məntəqələri, Çin Milli Radiosunun, ölkənin Baidu axtarış sistemi və QQ kimi sosial platformaları ilə inteqrasiyada olan proqram, itən uşaqlar üçün geniş miqyasda, sürətli və praktik bir formada məlumatlandırmanı və maarifləndirməni təmin edir.
 
Mobil proqram sayəsində istifadəçilər itkin düşən uşaq barədə əldə etdikləri ən son məlumatları proqrama ötürməklə, uşağın son rast gəlindiyi yeri və vəziyyətinə dair bütün məlumatlar əlaqədə olan qurumlara mesaj kimi göndərilir. Bu günə qədər proqram 40-dan artıq sosial şəbəkə ilə inteqrasiya olunub. (deyerler) /

Google+ WhatsApp ok.ru