Tovuzda 2 nəfər minaya düşüb 07 Avqust 2018 01:00 Hadisə Tovuz rayonunda iki nəfər mülki şəxs minaya düşüb. Maide.Az bildirir ki, "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıblar. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qeyd edək ki, həmin ərazidə müvafiq nişanlar quraşdırılıb və əhaliyə həmin ərazilərə keçməmək barədə xəbərdarlıq edilib. Faktla bağlı araşdırmalara başlanılıb. Teqlər : #Tovuzda 2 nəfər minaya düşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Balakən-Bakı qatarında insident olub Qəzaya düşsəniz belə təhlükəzilik tədbirləri görün-VİDEO