Tovuz, Gədəbəy və Daşkəsən rayonları Ermənistan ərazisindən atəşə tutulub RƏSMİ 26 Oktyabr 2020 09:55 Qarabağ xəbərləri Səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, eyni zamanda Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən bölmələrimizin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır. Teqlər : #Tovuz,#Gədəbəy,#Daşkəsən rayonları ,#Ermənistan ərazisindən atəşə tutulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Minsk qrupu bəyanat yaydı: Cenevrədə görüş olacaq Erməni təxribatları nəticəsində 10-u uşaq olmaqla 65 nəfər şəhid olub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni