Tramp: Seçkidəki qələbəmi oğurlamağa cəhd edirlər, amma...

Tramp: Seçkidəki qələbəmi oğurlamağa cəhd edirlər, amma...

Seçkidəki qələbəmi oğurlamağa cəhd edirlər, amma buna imkan verməyəcəyəm.
 
Maide.Az "Axar.az"a istinadla  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
 
“Biz böyük yüksəlişdəyik, amma onlar səsləri oğurlamağa cəhd edirlər. Biz heç vaxt buna imkan verməyəcəyik”, - o bildirib.
 
Qeyd edək ki, aylar öncədən Tramp bildirib ki, seçkilərdə məğlub olarsa bunu qəbul etməyəcək və Ağ Evi tərk etmək niyyətində deyil.
 
Hazırda hər iki namizədi dəstəkləyən seçicilərin sayının 60 milyon nəfərə çatdığı bildirilib.
 
Bununla belə Trampın indiyə qədər 23 ştatda, Baydenin isə 19 ştatda qalib gəldiyi bildirilib. Digər ştatlarda isə hələlik yekun nəticə müəyyənləşməyib.
 
Xatırladaq ki, Tramp ştat sayında irəli olmasına baxmayaraq, səs sayına görə Baydendən geridədir. Hazırda səs nisbəti 224-ün 213-ə Baydenin xeyrinədir.
 
ABŞ seçki sistemində qalibi əhalinin səsi əvəzinə, fərqli ştatlarda olan 538 nümayəndənin təmsil olunduğu seçicilər kollegiyası müəyyən edir. Hər ştatda seçicilər kollegiyasının üzvünün sayı əhalinin sayına uyğun olaraq müəyyən edilir. Bu nisbət 3 ilə 55 arasında dəyişir. Əgər namizəd səslərin 50%-dən çoxunu toplasa, o zaman ştatdakı bütün səslərə sahiblənir. Prezident seçkisində qalibiyyət üçün namizəd seçicinin 270 səsini toplamalıdır.
 

 

Google+ WhatsApp ok.ru