Tramp İsrail, BƏƏ və Bəhreyn arasında razılaşmanın imzalanması mərasiminə ev sahibliyi edib

Tramp İsrail, BƏƏ və Bəhreyn arasında razılaşmanın imzalanması mərasiminə ev sahibliyi edib

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Ağ Evdə işğalçı İsrail ilə ərəb Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasında münasibətlərin normallaşmasına dair razılaşmanın imzalanması mərasimini təşkil edib.
 
Sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahu, BƏƏ-nin xarici işlər naziri Abdulla bin Zayed və Bəhreyn xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl Zayani razılaşmanın imzalanması üçün Ağ Evin Cənub Bağçasında bir araya gəlib.
 
Razılaşmalara görə, sionist rejim  İordan çayının qərb sahilində məskunlaşma ərazilərinə suverenliyin uzadılmasını dayandıracaq. Bu, Fələstin-İsrail münaqişəsinin həllinə dair ABŞ planında da nəzərdə tutulub.
 
Qeyd edək ki, Fələstin baş naziri Məhəmməd Ştayyeh razılaşmanı qınayaraq, bunu “ərəb ölkələri tarixində qara bir gün” adlandırıb.
 
Tramp administrasiyası işğalçı İsrail, BƏƏ və Bəhreyn arasındakı razılaşmaları 3 noyabr ABŞ prezident seçkilərinə iki ay qaldığı bir vaxt xarici siyasətdə əsas qələbələr kimi qiymətləndirir.
 
Xarici siyasət seçkidə əsas məsələ olmasa da, İsrailin gələcəyi Trampın 2016-cı ildə tərəfdarlarının üçdə birini təşkil edən yevangelist xristianlar üçün əhəmiyyətlidir. /TASS
 

 

Google+ WhatsApp ok.ru