Türkiyəyə gəlin gedən azərbaycanlı qızların sayı açıqlanıb

Türkiyəyə gəlin gedən azərbaycanlı qızların sayı açıqlanıb

2016-cı ildə 2170 azərbaycanlı qız Türkiyə vətəndaşı ilə ailə qurub. Bu, Türkiyədəki əcnəbi gəlinlərin 9.6 faizi deməkdir.
 
Xəbəri Türkiyə Statistika Komitəsi yayıb.
 
Türkiyədəki əcnəbilər arasında suriyalı gəlinlər birinci yeri tutur. Ötən il 6495 (28.8 faiz) suriyalı qız Türkiyə vətəndaşı ilə ailə qurub. İkinci yeri isə Almaniyadan olan gəlinlər tutur – 2644 nəfər (11.7 faiz)
 
Ötən il Türkiyə vətəndaşları ilə ailə quran əcnəbilərin sayı 22583 nəfər olub. Bu, Türkiyədəki cəmi gəlinlərin 3.8 faizi deməkdir.
 
2015-ci ildə Türkiyə vətəndaşları ilə ailə quran azərbaycanlı qızların sayı isə 1653 nəfər olub. (azadliq.org) /

Google+ WhatsApp ok.ru