Türkiyə İƏT-in ailə məsələləri iclasına evsahibliyi edəcək

Türkiyə İƏT-in ailə məsələləri iclasına evsahibliyi edəcək

 Türkiyə İslami Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin sosial inkişaf nazirlərinin iştirakı ilə keçiriləcək iclasa evsahibliyi edəcək.
 
Maide.Az IQNA-a istinadla xəbər verir ki, İƏT-in İslam ölkələrinin ailə və evlilik məsələləri mövzusu ilə bağlı ilk iclası dekabr ayının 7, 8 və 9-da keçiriləcək.
 
İslami Əməkdaşlıq Təşkilatının "25 Noyabr, qadınlar əleyhinə zorakılıqla ümumdünya mübarizə günü" münasibəti ilə yaydığı bəyanatda deyilir ki, iclasda müsəlman dünyasının ailəl, nihak, evlilik və digər mövzular haqqında müzakirələr aparılacaq.
 
İclasda həmçinin Qadınlara qarşı zorakılığın əleyhinə mübarizə günü xanımlara dəstək olmaq, qadınlara qarşı zorakılığın dayandırılması, müharibə gedən ölkələrdə, xüsusi ilə də Fələstində müsəlman qadınların hüquqlarının qorunması üçün atılmış addımlar dəyərləndiriləcək.    

Google+ WhatsApp ok.ru