Türkiyədə Qüdslə bağlı konfrans keçiriləcək

Türkiyədə Qüdslə bağlı konfrans keçiriləcək

Fələstinə dəstək məqsədilə “Qüds əmanətdir” adlı böyük virtual konfrans keçiriləcək.
 
Maide.Az "Anadolu"a istinadla xəbər verir ki, konfrans cari həftənin şənbə günündən başlayacaq.
 
Fələstinə dəstək məqsədilə keçirilən konfransa siyasətçilər, ictimai xadimlər, din alimləri və dünya ölkələrinin müxtəlif ictimaiyyət nümayəndələri qatılacaq. 
 
Bu virtual konfrans “Fələstin və Qüdsə dəstək dünya koalisiyası”  və qərargahı İstanbulda yerləşən “Türkiyə və İslam dünyası əlaqələri” mərkəzi tərəfindən təşkil edilir.

Google+ WhatsApp ok.ru