Uşaq ölümlərinin DƏHŞƏTLİ STATİSTİKASI

Uşaq ölümlərinin DƏHŞƏTLİ STATİSTİKASI

 
2015-ci ildə perinatal dövrdə 1510 uşaq ölüb.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, perinatal dövrdə uşaqlardan 629-u ölü doğulub. Həmin zaman kəsiyində doğulan uşaqlardan 881 nəfəri cəmi 7 günədək ömür sürüb. 
 
Perinatal ölüm - anada hamiləliyin 28-ci həftəsindən başlayaraq doğum fəaliyyətinin başlanmasına qədər, eləcə də doğuş vaxtı həyat əlamətləri olan döllərin ölümünü və ömrün ilk 168 saatı ərzində uşaq ölümünü birləşdirən ümumiləşmiş anlayışdır.
 
2015-ci ildə 0-17 yaş arasında 2924 uşaq ölüb ki, bunlardan 1733-ü oğlan, 1191-i qızdır. 
 
Ötən il 1 yaşaqədər ölən körpələrin sayı 2033 nəfərdir. Körpələrdən 1602-i şəhər, 432-i kənd yerlərində ölüb. 2015-ci ildə 5 yaşadək uşaqlardan 2395 - ölüb ki, bunlardan 1416-i oğlan, 979-u qızdır. (azvision.az) /

Google+ WhatsApp ok.ru