UEFA Avropa Liqasının bütün 1/16 finalçıları bəlli olub

UEFA Avropa Liqasının bütün 1/16 finalçıları bəlli olub

UEFA Avropa Liqasının bütün 1/16 finalçıları bəlli olub.

 
Maide.az-ın məlumatına görə, qrup mərhələsinin 10 dekabr oyunlarında “Yanq Boyz” (İsveçrə), “Molde” (Norveç), “Napoli” (İtaliya), “Real Sosyedad” (İspaniya), “Makkabi” (Tel-Əviv, İsrail), “Volfsberq” (Avstriya) 32-lər siyahısına düşüblər.
 
“Roma” (İtaliya), “Arsenal” (İngiltərə), “Slaviya” (Çexiya), “Bayer” (Almaniya), “Reyncers” (Şotlandiya), “Benfika” (Portuqaliya), “Qranada” (İspaniya), PSV (Niderland), “Lester” (İngiltərə), “Braqa” (Portuqaliya), “Lill” (Fransa), “Milan” (İtaliya), “Vilyarreal” (İspaniya), “Antverpen” (Belçika), “Tottenhem” (İngiltərə), “Dinamo” (Xorvatiya), “Hoffenhaym” (Almaniya), “Srvena Zvezda” (Serbiya) 1/16 final biletini daha əvvəl alıblar.
 
“Zalsburq” (Avstriya), “Şaxtyor” (Ukrayna), “Olimpiakos” (Yunanıstan), “Ayaks” (Niderland), “Krasnodar” (Rusiya), “Brügge” (Belçika), “Dinamo” (Ukrayna), “Mançester Yunayted” (İngiltərə) Çempionlar Liqasının qrup mərhələsindən ələnərək Avropa Liqasının 1/16 finalına köçüblər.
 
1971-ci ildən keçirilən, 2008-cı ilədək UEFA kuboku adlanmış turnirdə “Tottenhem” 2, “Ayaks”, PSV, “Bayer”, “Napoli”, “Şaxtyor”, “Mançester Yunayted” 1 titul qazanıb.

Google+ WhatsApp ok.ru