Ukraynada daşqında üç nəfər ölüb 24 İyun 2020 17:30 Dünya Ukraynanın qərbində güclü yağışların törətdiyi daşqınlarda üç nəfər həlak olub, yüzlərlə insan evindən köçürülüb. Ölüm halları İvano- Frankivsk regionunun Verxovina rayonunda qeydə alınıb. Daşqın səbəbindən əraziyə gedən yollar bağlanıb. Ukraynanın Baş naziri Denys Shmyhal və Daxili işlər naziri Arsen Avakov fəlakət zonasına baş çəkiblər. İyunun 24-də səhər 187 kənddə 5 min evin daşqın altında qaldığı xəbər verilir. Bir çox sakinlər əmlaklarını qorumaq üçün evlərindən çıxmamağa çalışıblar. Ancq Avakov iyunun 22-də yağışlar başlanandan 800-dək sakinin köçürüldüyünü deyib. Sosial mediada yayılmış videolarda su altında qalmış kənd, tarla və yollar görünür. Daxili İşlər Nazirliyi bəyanatında bunu son illərin ən güclü daşqını adlandırıb. Fəlakət zonasına dörd vertolyot, bir təyyarə, 150 əsgər göndərildiyi bildirilir. /azadliq.org Teqlər : #Ukraynada,#daşqında,#üç,#nəfər,#ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avropa neft qıtlığı ilə üzləşə bilər Bolton: ‘Tramp ABŞ-dakı böhranın öhdəsindən gələ bilmir’
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO