Ukraynadan göndərilən taxılın Azərbaycana girişi qadağan edilib 30 Yanvar 2017 02:00 Xəbərlər Məhsulun keyfiyyət sertifikatının vaxtı bitib Ukraynadan Azərbaycana göndərilən 67 ton bişməmiş taxıl ölkəyə təyinatı üzrə çatdırılmayıb. "Report"un "Vesti Kavkaza" saytına istinadən verdiyi xəbərə görə, Rusiya-Azərbaycan sərhədində Rusiya Fitosanitariya və Baytarlığa Nəzarət Federal Xidmətinin Dağıstan bölməsi Ukraynadan Azərbaycana göndərilən taxılı sərhəddə saxlayıb. Qurumun məlumatına görə, yük fitosanitariya yoxlanışını keçməyib. Məhsulun keyfiyyət sertifikatının vaxtı isə bitib. Bununla əlaqədar, Ukraynadan göndərilən bişməmiş taxılın Azərbaycana girişi qadağan edilib. / Teqlər : #Ukraynadan göndərilən taxılın Azərbaycana girişi qadağan edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran 36 ölkədən olan turistlərə viza rejimini ləğv etməyi düşünür Türkiyədə 100-dən çox qeyri-leqal mühacir saxlanıldı