Ukraynada separatçılar dinc sakinlər olan avtobusu partladıb

Maide.az-ın verdiyi məlumata görə, Ukraynanın Luqansk vilayətinin Çervonopartizansk şəhərində separatçıların atdığı mina şaxtaçıları daşıyan avtobusa tuş gəlib.  İlkin məlumatlara görə, faciə nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.
 
Hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilir ki, insident işdən sonra xidməti avtobusun yola düşməsindən bir neçə dəqiqə sonra baş verib. Şahidlərin sözlərinə görə, partlayışın gücündən ictimai nəqliyyat iki yerə parçalanıb.
 
Qeyd edək ki, mədən Ukraynanın hazırda anti-terror əməliyyatlarınin getdiyi ərazidə yerləşir. Lakin Ukrayna ordusunun bəyanatına əsasən, əməliyyata cəlb olunan ordu birləşmələri yaşayış məntəqələrində və onlara yaxın ərazilərdə minaatanlardan istifadə etmir. 

Google+ WhatsApp ok.ru