UNICEF: 19 milyon uşaq evindən didərgin salınıb

UNICEF: 19 milyon uşaq evindən didərgin salınıb

BMT: 2019-cu ildə 19 milyon uşaq yaşadığı ölkədə məcburi köçkün olub

 
Maide.Az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNİCEF) təbii fəlakətlər, vətəndaş müharibəsi və münaqişə şəraiti səbəbiylə vətənlərindən köçməli olanların vəziyyətinin araşdırıldığı "Vətənində itkin" adlı hesabat yayımlayıb.
 
Hesabatda bildirilir ki, 2000-ci illərdə ölkələrində qaçqın olan vətəndaşların sayı 25 milyona yaxın olsa da, son 5 ildə bu rəqəm 40 milyona çatıb. 2019-cu ildə 33 milyon yeni köçkünün qeydiyyata alınmasına diqqəti cəlb edən hesabatda, 12 milyon nəfərin və ya təxminən 40 faizin 18 yaşdan aşağı olduğu bildirilir.
 
Hesabata görə, 33 milyon insanın 25 milyonu təbii fəlakətlər, 8 milyonu isə vətəndaş müharibələri və qarşıdurmalar səbəbiylə evlərini tərk etmək məcburiyyətində qalıb.
 
Məruzədə, məcburi köçkün uşaqlarının zorakılıq, insan alveri, uşaq əməyi, uşaq evliliyi və ailələrindən ayrılması kimi təhlükələrlə qarşılaşdıqları, bu vəziyyətdə olan uşaqların problemlərini həll etmək üçün hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor və humanitar təşkilatların birgə səylər göstərdiyi vurğulanıb.
 
Hesabatda UNİCEF-in direktoru Henrietta Forenin fikirlərinə də yer verilərək, koronavirusun pandemiyasının qaçqın düşən şəxslərin vəziyyətini daha da pisləşdirdiyi qeyd edilib.

Google+ WhatsApp ok.ru