`UNICEF`: Təxminən 50 milyon uşaq öz doğma evlərindən uzaqda yaşayır

`UNICEF`: Təxminən 50 milyon uşaq öz doğma evlərindən uzaqda yaşayır

UNICEF-dən bildiriblər ki, təxminən 50 milyon uşaq öz doğma evlərindən uzaqda yaşayır.
 
İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, BMT Uşaq Fondunun yeni məruzəsinə əsasən, 28 milyon uşaq münaqişələrə görə evlərini tərk etmək məcburiyyətində qalıb: onların 10 milyonu qaçqına, 17 milyonu isə daxili köçkünə çevrilib. Daha 1 milyon uşağın statusu isə müəyyən edilməyib. Məruzədə deyilir ki, daha 20 milyon uşağın evdən qaçmasının səbəbi isə kasıbçılıq və "banditizm"dir. Bir çoxları zorakılıq və sənədlərin olmamasına görə tutulma təhlükəsi qarşısındadırlar, bunun nəticəsində də onların olduqları yerləri izləmək mümkün olmur.
 
18 yaşa qədər olan uşaqlar dünayadakı qaçqınların ümumi sayının yarısını təşkil edirlər. 2015-ci ildə BMT-in Humanitar Məsələlər üzrə İdarəsində (BMT HMİ) qeydiyyata alınmış qaçqın uşaqların demək olar ki, 45 faizi Suriya və Əfqanıstandandır.
 
UNICEF məruzəsində öz ölkələri xaricində sığınacaq üçün müraciət edən azyaşlıların sayının artmasını qeyd edir. Uşaqların sərhədi təkbaşına keçməsi tendensiyası da qeyd edilir. Belə ki, 2015-ci ildə 100 mindən çox yeniyetmə böyüklərin müşayiəti olmadan 78 ölkədə sığınacağın təqdim edilməsinə dair istək təqdim ediblər ki, bu da 2014-cü ilin məlumatlarından 3 dəfə çoxdur.
 
BMT-in qiymətləndirməsinə əsasən, dünyada təxminən 20 miyon qaçqın və demək olar ki, 40 milyon öz ölkələri ərazisinin daxilində yer dəyişmiş şəxs var. Ümumilikdə 11 ölkə dünyadakı qaçqınların yaranma yeridir. Bütün qaçqınların 50 faizini 7 ölkə qəbul edir.
 
Məruzədə qeyd edilir ki, bu gün ən çox qaçqın uşaq qəbul edən ölkə Türkiyədir. Bununla yanaşı əgər ölkədəki əhalinin sayına nisbətdə mühakimə etsək, hamıdan çox Livan qaçqın qəbul edib. Livanda demək olar ki, hər beşinci şəxs qaçqındır. Müqayisə üçün deyək ki, Böyük Britaniyada qaçqınların və ölkədə yaşayanların nisbəti 1-in 530-a, ABŞ-da isə 1-in 1,200-ədir.  Əgər qaçqın qəbul edən ölkələr gəlir səviyyəsinə görə dəyərləndirsək, o zaman qaçqın qəbulu üzrə liderlər Konqo Respublikası, Efiopiya və Pakistandır.
 

 

Google+ WhatsApp ok.ru