Un və buğdanın qiymətilə bağlı yeni qərar 16 Sentyabr 2021 15:51 Xəbərlər Baş nazir Əli Əsədov "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb. Qərara əsasən un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 (beş yüz iyirmi) manat, un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində müəyyən edilib. /modern.az / Teqlər : #və,#buğdanın,#qiymətilə,#bağlı,#yeni,#qərar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 'Ərbəin' zəvvarları üçün pulsuz internet və rabitə Çinin smartfon istehsalçısı işçilərinin 20 faizini ixtisar edir