"Ərbəin - 2018" - foto, video, yazı müsabiqəsi

Dünyanın ən böyük toplantısı - Ərbəin yürüşü ilə bağlı "Ərbəin - 2018" - foto, video və yazı müsabiqəsi elan olunub. 
 
Maide.Az "Kerbela.info" saytına istinadla xəbər verir ki, Almaniyada yaşayan azərbaycanlılara aid "Şəhid Hüseyn" dərnəyinin maliyyə dəstəyilə keçirilən müsabiqə aşağıdakı nominasiya və şərtlər əsasında təşkil olunur:  
 
1. Foto Müsabiqə:
* Mövzu ilə əlaqədar yalnız 5 ədəd foto;
 
** Effektlərdən minimum istifadə;
 
***Görüntü keyfiyyətlərinə diqqət yetirmək.
 
2. Video müsabiqə:
 
* Müddəti 1 dəqiqədən çox, 4 dəqiqədən az olmaqla Ərbəin - 2018-i əks etdirən video
 
3. Yazı(Köşə yazısı, elmi məqalə, təəssürat, müsahibə)
 
* Mümkün qədər korrektə və redaktə olunmalı;
 
** "Times new roman" şrifti və 14 yazı ölçüsü ilə yazılmalı;
 
*** İkiA4 səhifəsindən çox olmamalı.
 
Mükafatlar:
 
1-ci yerlər 140 Azn;
2-ci yerlər 100 Azn;
3-cüyerlər 60 Azn.
 
Bundan əlavəhər kateqoriyadan ilk üçlüyə daxil olmayan 5 nəfərə Mürtəza Mütəhhərinin "İmam Hüseynin qəhrəmanlığı" adlı kitabı hədiyyə olunacaq.
 
Materiallar 30.10.2018-07.11.2018 tarixləri arasında  [email protected]  elektron ünvanına və ya Kerbela.info Facebook səhifəsinə göndərilməlidir.