1. Kəbəla əsirlərinin Kufəyə daxil edilməsi

Seyid ibn Tavus yazır: "Ömər ibn Səd İmam Hüseynin (ə) başını elə Aşura günü Xuli ibn Yezid Əsbəhi ilə Hümeyd ibn Müslim Əzdi ilə, qalan başları isə Şimr ibn Zilcövşən, Qeys ibn Əşəs və Ömər ibn Həccac ilə Kufəyə – İbn Ziyada göndərdi. Ömər Səd özü isə Aşuranın səhərisi (11-ci) günün günortasına qədər Kərbəlada qaldı və sonra İmam Hüseynin (ə) ailə və hərəmi ilə birgə Kufəyə tərəf yollandı. Qadınları kəcavəsiz, çılpaq dəvələrə mindirib onları münasib geyimləri olmadan düşmənlər arasında gəzdirdi, sonra isə kafir əsirlər kimi hərəkət etdirdi. Əsirlər karvanı Kufəyə yaxınlaşdığı zaman, camaat onlara tamaşa etmək üçün toplaşdı. Bu arada kufəlilərin arasından bir qadın damın üstündən səsləndi:

مِنْ أَىِّ الْاسارى‌ أَنْتُنَّ؟

"Siz hansı əsirlərdənsiniz?"

Cavab verdilər:

نَحْنُ اسارى‌ آلِ مُحَمَّدٍ

"Biz Muhəmmədin (s) xanədanından olan əsirlərik!"

Həmin qadın bu sözləri eşitdikdə, damdan aşağı enərək onlara bir qədər yaylıq, paltar və örtük gətirdi ki, özlərini kamil şəkildə örtsünlər. Belə səhnələri müşahidə edən Kufə əhalisi ağlaşmağa başladı. İmam Zeynəlabidin (ə) onların ağladığını gördüyü zaman buyurdu:

اتَنُوحُونَ وَ تَبْكُونَ مِنْ اجْلِنا، فَمَنِ الَّذي قَتَلَنا؟

"Bizim üçün ağlayaraq mərsiyə deyirsiniz?! Belə isə bizi kim öldürdü?" ("Məlhuf" (Lühuf), səh. 189-192 – ixtisarla; ”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.557.)

Maide.az – Maarif bölümü