'Bu 6 ölkə AB-yə üzv olacaq' - Merkel

Qərbi Balkanların 6 dövləti gələcəkdə geosiyasi səbəblər ucbatından Avropa Birliyi üzvü olacaq.
 
Unikal.org  xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.
 
“Bu prosesin stimullaşması AB-nin maraqlarına cavab verir”, – deyə o bildirib.
 
Qeyd edək ki, Merkel Qərbi Balkan dövlətləri dedikdə Serbiya, Albaniya, Şimali Makedoniya, Bosniya və Herseqovina, Monteneqro və Kosovanı nəzərdə tutub.