1 milyondan çox istifadəçinin məlumatları oğurlanıb

"Facebook" sosial şəbəkəsindən sonra bu dəfə "Clubhouse" platformasında təhlükəsizlik problemləri yaşanıb.
 
Axşam.az xarici mətbuata istinadən bildirir ki, artıq son zamanlar bir çox sosial şəbəkələr bu xoşagəlməz vəziyyətlə qarşılaşır. Onların bir çox istifadəçilərinin məlumatlarının oğurlnamsının qarşını almaqda acizdir.
 
Bu dəfə bu problem "Clubhouse"da yaşanıb. Belə ki, platformanın 1 milyon 300 min istifadəçinin məlumatları populyar xakker platformalarından birində yayımlanıb. Məlumatlar arasında istifadəçilərə aid şəxsi məlumatlar və şəbəkəyə giriş ünvanları yer alıb.
 
"Clubhouse" 2020-ci ildən yaradılıb və sadəcə "iOS" sistemli cihazlarda istifadə edilir.