2014-cü ildə smartfonların tədarük həcmi 286 milyona çatıb

“Juniper Research” analitik şirkətinin qiymətləndirməsinə əsasən, 2014-cü ilin birinci rübündə dünya bazarına 286 milyon smartfon tədarük edilib ki,  bu da ötən illə müqayisədə 34% yüksəkdir və əvvəlki rübün nəticəsini 1% ötür.
 
30% bazar göstəricisinə sahib Cənubi Koreyanın “Samsung” şirkəti smartfon bazarında lider mövqeyini qoruyub saxlayır. 2013-cü ilin son rübü ilə müqayisədə bazarda “Samsung”un mövqeyi dəyişməyib, amma  illik hesablamada smartfonların tədarük həcmi 25% artıb.
 
ABŞ-ın “Apple” şirkəti cari ilin yanvar-mart aylarında 43,7 milyon “iPhone” smartfonu tədarük edib. Bu göstərici 2013-cü ilin müvafiq  dövrü ilə müqayisədə 17% yüksəkdir. Amma “iPhone” smartfonunun tədarükü ötən rüblə müqayisədə 14% azalıb, “Apple” şirkətinin bazar payı 18-dən 15%-dək azalıb.