2 oktyabr – 18 Zil-həccə - “Qədir-Xum” bayramı və İmam Əlinin (ə) Peyğəmbəri-Əkrəm (s) tərəfindən canişin və vəsi elan edildiyi gündür.
7 oktyabr – 23 Zil-həccə - Meysəm Təmmarın vəfat günü.
8 oktyabr – 24 Zil-həccə - “Mübahilə” günü və Əhli-beytin (ə) məqamı ilə bağlı “Təthir” ayəsinin nazil olduğu gündür.
15 oktyabr - 1 Məhərrəm - İslam təqviminin başlanğıcı
16 oktyabr – 2 Məhərrəm - İmam Hüseynin (ə) Kərbəlaya çatdığı gün.
17 oktyabr – 3 Məhərrəm - Ömər ibn Sədin qoşunu Kufədən Kərbəlaya çatıb.
21 oktyabr – 7 Məhərrəm - Yezidin ordusu Kərbəlada Əhli-Beytin suyunu kəsdi.
23 oktyabr – 9 Məhərrəm - Tasua günü.
24 oktyabr – 10 Məhərrəm - Aşura günü. İmam Hüseynin (ə), Həzrət Əbəlfəzl Abbasın (ə) və silahdaşlarının şəhadəti.
25 oktyabr – 11 Məhərrəm - İmam Hüseynin (ə) ailəsi əsir kimi Kufəyə aparılır.
26 oktyabr – 12 Məhərrəm - İmam Hüseynin (ə) ailəsi Kufəyə çatır.
26 oktyabr – 12 Məhərrəm - İmam Zeynəlabidinin (ə) şəhadəti.
27 oktyabr – 13 Məhərrəm - Kərbəla şəhidlərinin dəfni.
27 oktyabr – 13 Məhərrəm - Mədinədə Hərrah döyüşü.
30 oktyabr – 16 Məhərrəm - Qiblənin Qüdsdən Kəbəyə dəyişdirildiyi gün.