Olimpiadanın çempionluq statistikası

Avqustun 3-nə olan hesabata görə, Tokio Yay Olimpiya Oyunlarında Çin 32 çempionluq əldə edib.
 
Maide.az bildirir ki, ABŞ 22, Yaponiya 19, Avstraliya 14, Böyük Britaniya 13, Rusiya 12 qızıl medal götürüb.
 
Almaniya 8, Fransa, Niderland, Cənubi Koreya və Yeni Zelandiya 6, İtaliya 5, Kuba və Çexiya 4 qızıl qazanıb.
 
Kanada, İsveçrə, Macarıstan, Braziliya və Xorvatiyanın 3 qızılı var.
 
Tayvan, Danimarka, Norveç, Sloveniya, Ekvador, Yunanıstan, Kosovo və Qətər 2 qızıl medalla göstərilir.
 
1 qızıl medalı olan ölkələr bunlardır: İspaniya, Gürcüstan, Rumıniya, İsveç, Venesuela, Honkonq, Polşa, Cənubi Afrika Respublikası, Slovakiya, Avstriya, İndoneziya, Serbiya, Yamayka, Belçika, Efiopiya, Filippin, Tunis, Türkiyə, İrlandiya, İsrail, Belarus, Estoniya, Fici, Özbəkistan, Bermud adaları, İran, Latviya, Mərakeş, Puerto Riko, Tailand.
 
İyulun 23-də start götürən olimpiada avqustun 8-də bitir.
 
Tokio oyunlarında Azərbaycanın hələlik 3 bürünc medalı var.
 
Azərbaycanın qatıldığı əvvəlki 6 olimpiadada 7 qızıl, 11 gümüş, 24 bürünc medal əldə olunub: 1996-cı il olimpiadası 1 gümüş, 2000-ci il olimpiadası 2 qızıl, 1 bürünc, 2004-cü il olimpiadası 1 qızıl, 4 bürünc, 2008-ci il olimpiadası 1 qızıl, 1 gümüş, 4 bürünc, 2012-ci il olimpiadası 2 qızıl, 2 gümüş, 5 bürünc, 2016-cı il olimpiadası 1 qızıl, 7 gümüş, 10 bürünc medalla bitib.