7-ci İmamdan (ə) 7 hədis-2

Əgər insan Allahın razılığını qazanmaq, Allah bəyənən tərzdə yaşamaq, başqa sözlə, səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları və kəlamlarını özünə örnək bilməli və onları öz həyatında gerçəkləşdirməlidir. Bəşəriyyətə hərtərəfli örnək və nümunə olan həmin insanlardan biri də imamət səmasının 7-ci ulduzu İmam Museyi-Kazimdir (ə). Rəcəb ayının 25-i (yəni Martın 20-si) o Həzrətin şəhadət günüdür. Elə bu münasibətlə siz əziz Əhli-beyt (ə) tərəfdarlarına başsağlığı verir və o Həzrətdən nəql olunan dəyərli kəlamlardan yeddisini diqqətinizə çatdırırıq. Ümid edirik ki, Əhli-beytin (ə) kəlam və göstərişlərinə əməl etməklə həyatımızın uğur və müvəffəqiyyətini günbəgün daha da artıracağıq:

1. Rəcəb ayı – rəhmət və məğfirət ayı

İmam Kazim (ə) buyurmuşdur:

رَجَبٌ شَهْرٌ عَظِيمٌ يُضَاعِفُ اللَّهُ فِيهِ الْحَسَنَاتِ وَ يَمْحُو فِيهِ السَّيِّئَاتِ وَ مَنْ صَامَ يَوْماً مِنْ رَجَبٍ تَبَاعَدَتْ عَنْهُ النَّارُ مَسِيرَةَ سَنَةٍ

“Rəcəb böyük aydır. Allah bu ayda yaxşılıqların savabını artırar, pis əməlləri isə əməl dəftərindən silər. Hər kəs bu ayda bir gün oruc tutarsa, Cəhənnəm odu ondan bir illik yol fasiləsi ilə uzaqlaşar.” (“Mən la yəhzuruhul-fəqih”, c.2, səh.92.)

2. Yaxşı qonşu

İmam Kazim (ə) buyurmuşdur:

لَيْسَ حُسْنُ الْجِوَارِ كَفَّ الْأَذَى وَ لَكِنَّ حُسْنَ الْجِوَارِ صَبْرُكَ عَلَى الْأَذَى

“Qоnşulаrlа yахşı davranmaq yаlnız оnlаra əziyyət verməmək deyil. Həqiqətən, yaxşı qonşu odur ki, qonşunun әziyyәtlәrinә dözəsәn.” (“Üsuli-kаfi”, c.4, sәh.492.)

3. Salehlərin qəbirlərini ziyarət edin...

İmam Kazim (ə) buyurmuşdur:

مَنْ لَمْ يَسْتَطِعْ أَنْ يَزُورَ قُبُورَنَا فَلْيَزُرْ قُبُورَ صُلَحَاءِ إِخْوَانِنَا

“Bizim qәbirlәrimizi ziyаrәt еdә bilməyən kəs salеh qаrdаşlаrımızın qәbirlәrini ziyаrәt еtsin.” (“Mizаnul-hikmәt”, c.4, sәh.311.)

4. Əql və təfəkkürün əlaməti

İmam Kazim (ə) buyurmuşdur:

دَلِيلُ الْعَاقِلِ التَّفَكُّرُ وَ دَلِيلُ التَّفَكُّرِ الصَّمْتُ

“Ağıllı insanın əlaməti tәfәkkür, tәfәkkürün əlaməti isә sükutdur.” (“Mizаnul-hikmәt”, c.5, sәh.436.)

5. Mələklərin müjdəsi

İmam Kazim (ə) buyurmuşdur:

مَنْ زَارَ أَخَاهُ الْمُؤْمِنَ لِلَّهِ لَا لِغَيْرِهِ يَطْلُبُ بِهِ ثَوَابَ اللَّهِ وَ تَنَجُّزَ مَا وَعَدَهُ اللَّهُعَزَّ وَ جَلَّ وَكَّلَ اللَّهُعَزَّ وَ جَلَّ بِهِ سَبْعِينَ أَلْفَ مَلَكٍ مِنْ حِينِ يَخْرُجُ مِنْ مَنْزِلِهِ حَتَّى يَعُودَ إِلَيْهِ يُنَادُونَهُ أَلَا طِبْتَ وَ طَابَتْ لَكَ الْجَنَّةُ تَبَوَّأْتَ مِنَ الْجَنَّةِ مَنْزِلًا

“Hәr kәs yаlnız Аllаhа хаtir din qаrdаşının ziyarətinə gеtsә, bu әmәlindә sаvаbdаn bаşqа bir şеy әldә еtmәz. Bu vахt Аllаh оnun üçün yеtmiş min mәlәk tәyin еdәr ki, о, еvinә qаyıdаnа qәdәr mәlәklәr bеlә fәryаd еdәrlәr: “Хоş hаlınа ki, Cәnnәtdәn mәnzil аldın.” (“Vәsаiluş-şiә”, c.8, sәh.259.)

6. Tənbəllik və hövsələsizliyin acısı

İmam Kazim (ə) buyurmuşdur:

إِيّاكَ وَالْكَسَلَ وَالضَّجَر، فَإِنَّهُما يَمْنَعاكَ مِنْ حَظِّكَ فى الدُّنْيا وَالآخِرَةِ

“Tənbəllik və hövsələsizlikdən çəkinin. Çünki bu iki iş səni dünya və axirət payından məhrum edər.” (“Əl-əməl və huququl-amil fil-İslam”, səh.140.(

7. Dəniz suyunu xatırlayan dünya

İmam Kazim (ə) buyurmuşdur:

مَثَلُ الدُّنْيَا كَمَثَلِ مَاءِ الْبَحْرِ كُلَّمَا شَرِبَ مِنْهُ الْعَطْشَانُ ازْدَادَ عَطَشاً حَتَّى يَقْتُلَه

“Dünyа dәniz suyu kimidir. İnsan ondаn nә qәdәr içsә, susuzluğu bir о qәdәr аrtаr vә nәhаyәt, öldürər.” (“Bihаrul-әnvаr”, c.78, sәh.311.)

Rza Şükürlü (Maide.az)