7 ildən sonra Liviyadan Misirə uçuşlar bərpa edildi

Liviyanın paytaxtı Tripoli ilə Misirin paytaxtı Qahirə arasındakı uçuşlar yeddi il sonra bərpa edilib.
 
 Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Liviya dövlətinə məxsus “Afriqiyah Airways” şirkətinin təyyarəsi yeddi il sonra Qahirəyə doğru yola çıxıb.
 
Mülki uçuşların iki ayrı şirkətlə həyata keçiriləcəyi bildirilir.
 
 Xatırladaq ki, Liviyada 2014-cü ildən etibarın vətəndaş müharibəsi başalayıb və beynəlxalq uçuşlar tamamilə ləğv edilib.