8. Qurani-Kərimdə şeytanın xüsusiyyətləri

QURANİ-KƏRİMDƏN NÖQTƏLƏR

1. Şeytan cin tayfasındandır:

وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ كَانَ مِنَ الْجِنِّ

“Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Cinlərdən (cin tayfasından) olan İblisdən başqa, onlar (mələklər) hamılıqla səcdə etdilər.” (“Kəhf”, 50.)

2. Şeytan oddan yaranmışdır:

قَالَ مَا مَنَعَكَ أَلاَّ تَسْجُدَ إِذْ أَمَرْتُكَ قَالَ أَنَاْ خَيْرٌ مِّنْهُ خَلَقْتَنِي مِن نَّارٍ وَخَلَقْتَهُ مِن طِينٍ

“Allah buyurdu: “Sənə əmr etdiyim zaman, səcdə etməməyinə nə mane oldu?” Dedi: “Mən ondan daha yaxşıyam, məni oddan, onu isə gildən yaratmısan.”” (“Əraf”, 12.)

3. Şeytan Allahın rəhmətindən qovulmuş və lənətə layiq görülmüşdür.

قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ. وَإِنَّ عَلَيْكَ اللَّعْنَةَ إِلَى يَوْمِ الدِّينِ

“Allah buyurdu: “Belə isə, buradan (Cənnətdəki uca məqamdan, Allah dərgahından və ali mələklərin sırasından) çıx ki, həqiqətən, sən (hər bir rəhmət və kəramətdən) qovulmuşsan. Şübhəsiz, cəza gününədək sənə lənət olacaqdır.”” (“Hicr”, 34-35.)

4. Şeytanın məkr və hiyləsi zəifdir:

إِنَّ كَيْدَ الشَّيْطَانِ كَانَ ضَعِيفًا

“Həqiqətən, Şeytanın məkr və hiyləsi həmişə (Allahın tökdüyü tədbir müqabilində) zəifdir.” (“Nisa”, 76.)

5. Şeytan Allahın əmri müqabilində təkkəbbürlü və itaətsizdir:

إِنَّ الشَّيْطَانَ كَانَ لِلرَّحْمَنِ عَصِيًّا

“Həqiqətən, Şeytan Rəhman Allaha qarşı həmişə itaətsizdir.” (“Məryəm”, 44.)

وَإِذْ قُلْنَا لِلْمَلاَئِكَةِ اسْجُدُواْ لآدَمَ فَسَجَدُواْ إِلاَّ إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ

“Və (yadına sal) o zaman(ı) ki, mələklərə “Adəmə səcdə və təzim edin!” – buyurduq. İblisdən başqa, onların hamısı səcdə etdi. O (isə) boyun qaçırdı və təkəbbür göstərdi. O, (öz küfrünü gizli saxlayan) kafirlərdən idi.” (“Bəqərə”, 34.)

6. Şeytan və ardıcıllarına nicat yolu yoxdur:

قَالَ فَالْحَقُّ وَالْحَقَّ أَقُولُ. لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنكَ وَمِمَّن تَبِعَكَ مِنْهُمْ أَجْمَعِينَ

“Cəhənnəmi mütləq səninlə (Şeytanın övlad və qəbiləsilə) və onlardan (insanlardan) sənin arxanca gedən kəslərlə büsbütün dolduracağam.” (“Sad”, 84-85.)

7. Şeytanın övladları, tayfası və əsgərləri vardır:

إِنَّهُ يَرَاكُمْ هُوَ وَقَبِيلُهُ مِنْ حَيْثُ لاَ تَرَوْنَهُمْ

“Şübhəsiz, o (Şeytan) və onun qəbiləsi sizi sizin onları görə bilmədiyiniz yerdən görürlər. (O bəşəri gözlə görünməyən mələk və ruh kimi lətif bir yerdir.)” (“Əraf”, 27.)

وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَ

“İblisin bütün əsgərləri də (daim onun itaətində olan müşrik, kafir və fasiqlər, İblisin özünün nəsli və balaları da oda sürüklənərlər).” (“Şuəra”, 95.)

أَفَتَتَّخِذُونَهُ وَذُرِّيَّتَهُ أَوْلِيَاء مِن دُونِي

“...Onu (Şeytanı) və onun övladlarını özünüzə dost, yardımçı və başçı götürürsünüz?!” (“Kəhf”, 50.)

8. Şeytan pis işlərə təşviq və dəvət edir:

وَمَا كَانَ لِيَ عَلَيْكُم مِّن سُلْطَانٍ إِلاَّ أَن دَعَوْتُكُمْ

“Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi...” (“İbrahim”, 22.)

9. Şeytan insana dörd tərəfdən yaxınlaşıb vəsvəsə edir:

ثُمَّ لآتِيَنَّهُم مِّن بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَن شَمَآئِلِهِمْ

“Sonra qarşılarından, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların yanına gələcə(k və onlara vəsvəsə edəcə)yəm...” (“Əraf”, 17.)

Maide.az (Maarif bölümü)