Əsgərimizi vurdular

Erməni hərbi birləşmələri növbəti dəfə atəşkəsi pozdu

Hərb  Erməni hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində əsgərimiz yaralanıb. 
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, ötən gün erməni tərəfinin atəşkəsi pozması nəticəsində 1996-cı il təvəllüdlü, Laçın rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Məmmədov Elsevər Həsən oğlu yaralanıb. 
 
Əsgərin vəziyyəti kafidir.
 
Xatırladaq ki, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozublar.
 
Atəşkəs Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çaylı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən pozulub.