“Ləbbeyk ya Hüseyn” yazılı ən uzun bayraq İmam Hüseyn (ə) hərəmində -FOTOLAR

“Qəm-kədər bayrağı” adlanan bu 2000 metrlik bayrağın daşınmasında İraqın Diyale vilayətinin müxtəlif tayfalarına və qəbilələrinə mənsub olan sünni, siə, xristian, ərəb, kürd, türkmən və habelə dini mütəfəkkirlər, ziyalılar, qəbilə başçıları, təhlükəsizlik qüvvələri və xalq könüllüləri iştirak edib.
 
Maide.az xəbər verir ki, əzadarlıq heyətinə nəzarət edən ƏbdülCəlil əz-Zəhiri bildirib: İmam Hüseynin müqəddəs ziyarətgahına daxil olmaq və dünyada ən uzun qəm-kədər bayrağını daşımaq bizim üçün fəxr və şərəflidir.
 
O əlavə edib: Bu bayraq Diyale əhalisi üçün çox yaxşı təsir göstərir və bu da İraq xalqının daha çox və dərin bir-birinə bağlanmasına və həmrəyliyinə, eləcədə düşmənçilik və məzhəb bölgüsünün aradan qaldırılması, xüsusən də İraq könüllü dəstələrinin qələbələrindən sonra çox təsirlidir.
 
İraqın Diyale əyalətinin Təhlükəsilik Komitəsinin sədri Sadeq əl-Hüseyni də bununla bağlı deyib: Bu bayrağın daşınmasında iştirak edənlər İmam Hüseynin müqəddəs ziyarətgahına daxil olarkən öz Tanrıları ilə əhd bağlayıblar ki, məzhəb və etnik fərqliliklərə baxçayaraq, öz həmrəyliklərini və birliyini qoruyaraq, İmam Hüseyn hərəkatının davamçısına çevrilsinlər. /