“ƏRBƏİN” GÜNÜNÜN ƏMƏLLƏRİ

Hər zaman o həzrəti ziyarət etməyə tələsin. Çünki o həzrəti ziyarət etmək xeyir gətirər və hər kəs onu daha çox ziyarət etsə, daha çox xeyir əldə edər

İmam Hüseynin (ə) ərbəinində (Kərbəla şəhidlərinin qırxı günü) o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah Ənsari olmuşdur. Bir hədisdə nəql olunur ki, imam Sadiqdən (ə) soruşdular: “İmam Hüseyni (ə) ziyarət etmək üçün xüsusi vaxt vardır ki, başqa vaxtlardan daha üstün olsun?” O həzrət buyurdu: “Hər zaman o həzrəti ziyarət etməyə tələsin. Çünki o həzrəti ziyarət etmək xeyir gətirər və hər kəs onu daha çox ziyarət etsə, daha çox xeyir əldə edər... O həzrəti mübarək vaxt və günlərdə ziyarət etməyə çalışın, çünki o zaman saleh əməllərin savabı artırılar və mələklər o həzrəti ziyarət etmək üçün səmadan yerə enərlər...”
İmam Həsən Əskəri (ə) buyurmuşdur: “Möminin beş əlaməti vardır:
1. hər gün əlli bir rükət (on yeddi rükət vacib və otuz dörd rükət nafilə) namaz qılmaq;
2. sağ ələ üzük taxmaq;
3. səcdədə alını torpağa qoyub, ucadan “Bisillahir-Rəhmanir-Rəhim” demək;
4. “ərbəin” günü imam Hüseyni (ə) ziyarət etmək;
5. “ərbəin” gününə məxsus ziyarətnaməni oxumaq. 
 
“ƏRBƏİN” ZİYARƏTNAMƏSİ
 
Şeyx Tusi “Təhzib” və “Misbah” kitablarında Səffan Cəmmaldan belə nəql edir: “İmam Sadiq (ə) mənə buyurdu ki, “ərbəin” günü günəş üfüqdən bir qədər qalxdıqdan sonra bu duanı oxu:
 
السَّلامُ عَلَى وَلِيِّ اللَّهِ وَ حَبِيبِهِ السَّلامُ عَلَى خَلِيلِ اللَّهِ وَ نَجِيبِهِ السَّلامُ عَلَى صَفِيِّ اللَّهِ وَ ابْنِ صَفِيِّهِ السَّلامُ عَلَى الْحُسَيْنِ الْمَظْلُومِ الشَّهِيدِ السَّلامُ عَلَى أَسِيرِ الْكُرُبَاتِ وَ قَتِيلِ الْعَبَرَاتِ اللَّهُمَّ إِنِّي أَشْهَدُ أَنَّهُ وَلِيُّكَ وَ ابْنُ وَلِيِّكَ وَ صَفِيُّكَ وَ ابْنُ صَفِيِّكَ الْفَائِزُ بِكَرَامَتِكَ أَكْرَمْتَهُ بِالشَّهَادَةِ وَ حَبَوْتَهُ بِالسَّعَادَةِ وَ اجْتَبَيْتَهُ بِطِيبِ الْوِلادَةِ وَ جَعَلْتَهُ سَيِّدا مِنَ السَّادَةِ وَ قَائِدا مِنَ الْقَادَةِ وَ ذَائِدا مِنَ الذَّادَةِ وَ أَعْطَيْتَهُ مَوَارِيثَ الْأَنْبِيَاءِ وَ جَعَلْتَهُ حُجَّةً عَلَى خَلْقِكَ مِنَ الْأَوْصِيَاءِ فَأَعْذَرَ فِي الدُّعَاءِ وَ مَنَحَ النُّصْحَ وَ بَذَلَ مُهْجَتَهُ فِيكَ لِيَسْتَنْقِذَ عِبَادَكَ مِنَ الْجَهَالَةِ وَ حَيْرَةِ الضَّلالَةِ وَ قَدْ تَوَازَرَ عَلَيْهِ مَنْ غَرَّتْهُ الدُّنْيَا وَ بَاعَ حَظَّهُ بِالْأَرْذَلِ الْأَدْنَى وَ شَرَى آخِرَتَهُ بِالثَّمَنِ الْأَوْكَسِ وَ تَغَطْرَسَ وَ تَرَدَّى فِي هَوَاهُ وَ أَسْخَطَكَ وَ أَسْخَطَ نَبِيَّكَ وَ أَطَاعَ مِنْ عِبَادِكَ أَهْلَ الشِّقَاقِ وَ النِّفَاقِ وَ حَمَلَةَ الْأَوْزَارِ الْمُسْتَوْجِبِينَ النَّارَ [لِلنَّارِ] فَجَاهَدَهُمْ فِيكَ صَابِرا مُحْتَسِبا حَتَّى سُفِكَ فِي طَاعَتِكَ دَمُهُ وَ اسْتُبِيحَ حَرِيمُهُ اللَّهُمَّ فَالْعَنْهُمْ لَعْنا وَبِيلا وَ عَذِّبْهُمْ عَذَابا أَلِيما السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْأَوْصِيَاءِ أَشْهَدُ أَنَّكَ أَمِينُ اللَّهِ وَ ابْنُ أَمِينِهِ عِشْتَ سَعِيدا وَ مَضَيْتَ حَمِيدا وَ مُتَّ فَقِيدا مَظْلُوما شَهِيدا وَ أَشْهَدُ أَنَّ اللَّهَ مُنْجِزٌ مَا وَعَدَكَ وَ مُهْلِكٌ مَنْ خَذَلَكَ وَ مُعَذِّبٌ مَنْ قَتَلَكَ وَ أَشْهَدُ أَنَّكَ وَفَيْتَ بِعَهْدِ اللَّهِ وَ جَاهَدْتَ فِي سَبِيلِهِ حَتَّى أَتَاكَ الْيَقِينُ فَلَعَنَ اللَّهُ مَنْ قَتَلَكَ وَ لَعَنَ اللَّهُ مَنْ ظَلَمَكَ وَ لَعَنَ اللَّهُ أُمَّةً سَمِعَتْ بِذَلِكَ فَرَضِيَتْ بِهِ اللَّهُمَّ إِنِّي أُشْهِدُكَ أَنِّي وَلِيٌّ لِمَنْ وَالاهُ وَ عَدُوٌّ لِمَنْ عَادَاهُ بِأَبِي أَنْتَ وَ أُمِّي يَا ابْنَ رَسُولِ اللَّهِ أَشْهَدُ أَنَّكَ كُنْتَ نُورا فِي الْأَصْلابِ الشَّامِخَةِ وَ الْأَرْحَامِ الْمُطَهَّرَةِ [الطَّاهِرَةِ] لَمْ تُنَجِّسْكَ الْجَاهِلِيَّةُ بِأَنْجَاسِهَا وَ لَمْ تُلْبِسْكَ الْمُدْلَهِمَّاتُ مِنْ ثِيَابِهَا وَ أَشْهَدُ أَنَّكَ مِنْ دَعَائِمِ الدِّينِ وَ أَرْكَانِ الْمُسْلِمِينَ وَ مَعْقِلِ الْمُؤْمِنِينَ وَ أَشْهَدُ أَنَّكَ الْإِمَامُ الْبَرُّ التَّقِيُّ الرَّضِيُّ الزَّكِيُّ الْهَادِي الْمَهْدِيُّ وَ أَشْهَدُ أَنَّ الْأَئِمَّةَ مِنْ وُلْدِكَ كَلِمَةُ التَّقْوَى وَ أَعْلامُ الْهُدَى وَ الْعُرْوَةُ الْوُثْقَى وَ الْحُجَّةُ عَلَى أَهْلِ الدُّنْيَا وَ أَشْهَدُ أَنِّي بِكُمْ مُؤْمِنٌ وَ بِإِيَابِكُمْ مُوقِنٌ بِشَرَائِعِ دِينِي وَ خَوَاتِيمِ عَمَلِي وَ قَلْبِي لِقَلْبِكُمْ سِلْمٌ وَ أَمْرِي لِأَمْرِكُمْ مُتَّبِعٌ وَ نُصْرَتِي لَكُمْ مُعَدَّةٌ حَتَّى يَأْذَنَ اللَّهُ لَكُمْ فَمَعَكُمْ مَعَكُمْ لا مَعَ عَدُوِّكُمْ صَلَوَاتُ اللَّهِ عَلَيْكُمْ وَ عَلَى أَرْوَاحِكُمْ وَ أَجْسَادِكُمْ [أَجْسَامِكُمْ‏] وَ شَاهِدِكُمْ وَ غَائِبِكُمْ وَ ظَاهِرِكُمْ وَ بَاطِنِكُمْ آمِينَ رَبَّ الْعَالَمِينَ
 
“ƏRBƏİN” ZİYARƏTNAMƏSİNİN OXUNUŞU
 
Əssəlamu əla vəliyyillahi və həbibih, əssəlamu əla xəlilillahi və nəcibih, əssəlamu əla səfiyyillahi vəbni səfiyyih, əssəlamu ələl Husəynil məzlumiş şəhid, əssəlamu əla əsiril kurubati və qətilil əbərat, əllahummə inni əşhədu ənnəhu vəliyyukə vəbnu vəliyyik, və səfiyyukə vəbnu səfiyyikəl faizu bi kəra-mətik, əkrəmtəhu biş şəhadəti və həbəvtəhu bis səadəh, vəctəbəytəhu bitiybil viladəh, və cəəltəhu səyyidən minəs sadəti və qaidən minəl qadəti və zaidən minəz zadəh, və ə`təytəhu məvarisəl ənbiyai və cəəltəhu huccətən əla xəlqikə minəl əvsiya, fə ə`zərə fid duai və mənəhən nushu və bəzələ muhcətəhu fik, liyəstənqizə ibadəkə minəl cəhaləti və həyrətiz zəlaləh, və qəd təvazərə ələyhi mən ğərrəthud dunya və baə həzzəhu bil ərzəlil ədna, və şəra axirətəhu bis səmənil əvkəs, və təğətrəsə və tərədda fi həvah, və əsxətəkə və əsxətə nəbiyyək, və ətaə min ibadikə əhləş şiqaqi vən nifaq, və həmələtəl əvzaril mus-təvcibinən nar (lin nar), fəcahədəhum fikə sabirən muhtəsibən hətta sufikə fi taətikə dəmuhu və ustubihə hərimuh, Əllahummə fəl`ənhum lə`nən vəbila, və əzzibhum əzaən əlima, əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə səyyidil əvsiya, əşhədu ənnəkə əminullahi vəbnu əminih, iştə səidən və məzəytə həmidən və muttə fəqidən məzlumən şəhida, və əşhədu ənnəllahə muncizun ma vəədəkə və muhlikun mən xəzələkə və muəzzibun mən qətələk, və əşhədu ənnəkə vəfəytə bi əhdillahi və cahədtə fi səbilihi hətta ətakəl yəqin, fə ləənəllahu mən qətələk, və ləənəllahu mən zələməkə və ləənəllahu ummətən səmiət bi zalikə fərəziyət bih, Əllahummə inni uşhidukə ənni vəliyyun limən valahu və əduvvun limən adah, bi əbi əntə və ummi yəbnə rəsulillah, əşhədu ənnəkə kuntə nurən fil əslabiş şamixəti vəl ərhamil mutəhhərəh (ərhamit tahirəh), ləm tunəcciskəl cahiliyyətu bi əncasiha, və ləm tulbiskəl mudləhimmatu min siyabiha, və əşhədu ənnəkəl imamul bərrut təqiyyur rəziy-yuz zəkiyyul hadil məhdiyy, və əşhədu ənnəl əimmətə min vuldikə kəlimətut təqva və ə`lamul huda vəl urvətul vusqa vəl huccətu əla əhlid dunya, və əşhədu ənni bikum mu`minun və bi iyabikum muqinun bi şərayii dini və xəva-timi əməli, və qəlbi li qəlbikum silmun və əmri li əmrikum muttəbi`, və nusrəti ləkum muəddətun hətta yə`zənəllahu ləkum, fə məəkum məəkum la məə əduvvikum, sələvatullahi ələykum və əla ərvahikum və əcsadikum (və əcsami-kum) və şahidikum və ğaibikum, və zahirikum və batinikum aminə rəbbəl aləmin.
 
“ƏRBƏİN” ZİYARƏTNAMƏSİNİN TƏRCÜMƏSİ
 
Salam olsun Allahın nümayəndəsi və onun həbibinə! Salam olsun Allahın sevdiyi və seçilmiş bəndəsinə! Salam olsun Allahın seçilmiş bəndəsi və onun seçilmiş  övladına! Salam olsun məzlum və şəhid Hüseynə (ə)! Salam olsun qəm-qüssələrə düçar olan və göz yaşlarının şəhidinə! İlahi, şəhadət verirəm ki, o, Sənin nümayəndən və nümayəndənin övladı, sənin seçdiyin və seçdiyin şəxsin övladıdır! Sənin lütf və mərhəmətinlə nicat tapanlardan oldu. Sən onu şəhadət feyzi ilə əziz tutaraq xüsusu səadət məqamına çatdırdın və nəsil paklığı ilə seçərək onu ağaların ağası, öndərlərin öndəri, haqqı müdafiə edənlərin hamisi etdin. Ona peyğəmbərlərin mirasını əta edərək onların canişini və məxluqata höccət təyin etdin. O, höccəti tamamladı və ümmət üçün bəhanə yeri qalmadı. O, ümməti nəsihət etməkdə mehribanlıq edərək onlarla yumşaq davrandı və azğın, nadan, təkəbbürlü, axirət mənfəətini heç bir dəyərə malik olmayan dünya malına satmış, zülmkar və nəfslərinə itaət etməklə həlakətə düçar olmuş, Səni və Peyğəmbərini qəzəbləndirmiş bəndələrinə nicat vermək üçün pak qanı axıdıldı. Səninlə düşmən, nifaq əhli, Sənə asi və böyük günahlarla yüklənərək cəhənnəm oduna layiq olanlara itaət edən zülmkar bəndələrinlə Sənin yolunda cihad edərək kamil ixlasla səbir etdi. Sənə itaət yolunda pak qanı axıdılanadək çoxlu çətinlik və məşəqqətlərə sinə gərdi. Əhli-beytinin hörmətinin aradan aparılmasını xoş qarşıladı. İlahi, Sən o zalım və sitəmkar qövmə lənət et, onları ən şiddətli əzabınla cəzalandır! Salam olsun sənə, ey Peyğəmbərin övladı! Salam olsun sənə, ey övliyaların sərvərinin övladı! Şəhadət verirəm ki, sən Allahın vəhyinə və haqqa əmanətdar olanın övladısan. Ömrünü səadətlə yaşayaraq Haqqın tərifi ilə başa vurdun və dünyadan köçərək haqq yolunda məzlum və şəhid oldun. Bir daha şəhadət verirəm ki, Allah-Taala sənə verdiyi vədə vəfa etdi, səni tənhalıqda qoyaraq xar etmək istəyənləri həlak edəcək və qatillərinə də ağrılı əzabı dadızdıracaq. Yenə şəhadət verirəm ki, sən Allah yolunda ömrünün sonuna qədər cihad etmisən. Allah səni öldürən, sənə zülm və sitəm edənlərə lənət etsin. Həmçinin sənin öldürüldüyünü eşitdikdə, sevinərək şadlıq edən kəsə də Allah lənət etsin. İlahi, Səni şahid tuturam ki, mən o həzrətə, onu sevənlərə məhəbbət bəsləyən və onun düşmənlərinə düşmən olanlardanam. Ata-anam sənə fəda olsun, ey Allahın Rəsulunun övladı! Şəhadət verirəm ki, sən məqamı uca olan ata-babalarının sülbü və xisləti pak olan ananın bətnində bir nur idin. Nadanlığın çirkinlikləri sənə sirayət etməmiş və sıxıntısı da səni bürüməmişdir. Şəhadət verirəm ki, həqiqətən, sən Allah dininin təməli, müsəlmanlıq ayinlərinin əsası, iman əhlinin pənah və hamisisən. Şəhadət verirəm ki, sən xeyirxah, bəyənilən təqvaya sahib, pak və pakxislətli rəhbər, məxluqata hidayətçi, haqla hidayət olunansan. Şəhadət verirəm ki, ümmətin doqquz imamı sənin övladlarındandır və haqq ruhu və haqq yolunun bələdçisi, möhkəm imanının əsası və bütün dünya əhlinə höccətdirlər. Şəhadət verirəm ki, mənim sizin haqq olduğunuza iman və “rəcət”inizə (qayıdışınıza) yəqinim var. Dinimin başlanğıcı, işlərimin sonu və qəlbimi sizin pak qəlbinizə təslim edirəm və bütün işlərimdə sizə tabeyəm. Allahın iznilə sizə yardım etməyə hazıram. Sizin düşmənlərinizlə deyil, sizinləyəm. Allahın salamı olsun sizə və sizin pak ruh və cisimlərinizə! Allahın salamı olsun sizlərdən hazır və qeybdə olanlara. Ey aləmlərin Rəbbi, mənim dualarımı qəbul et!
 
Sonra iki rükət namaz qıl və namazdan sonra istədiyin duanı etdikdən sonra üzünü qiblədən döndərə bilərsən! (“Məfatihul-cinan”, Şeyx Abbas Qummi, səh. 1070)