Azərbaycanda tikinti sektorunda ölkənin on minlərlə vətəndaşı çalışır. Lakin əvvəlki illərlə müqayisədə hazırda tikinti sektoru tənəzzül dövrünü yaşayır. Bu isə tikinti sektoruna mənfi təsir göstərməklə yanaşı, həm də ölkədə işsizlik səviyyəsini də xeyli artırır. Artıq ölkədə nəinki işsizlik, eləcə də tikinti materiallarının ixracatıda azalmağa başlayıb.
Ölkədəki işsizlik faizinin və bu sektora aid olan materialların nə dərəcədə olduğunu aydınlaşdırmaq üçün iqtisadçı-ekspert Natiq Cəfərli ilə həmsöhbət olduq. O da Maide.Az-a açıqlamasında vəziyyətin çox ciddi şəkildə gərgin olduğunu bildirdi:
.jpg)
N. Cəfərlinin sözlərinə görə, iş hökumıt problemin aradan qaldırılması üçün müəyyən işlər görür, lakin qurduqları sistem kökdən yalnış olduğu üçün, bu problemin həllinə heç bir kömək edə bilməyəcək.
"Prezident "Azərbaycan İpoteka Fondu" ASC vasitəsi ilə ölkədə ipoteka kreditinin genişlənməsi üçün daxili bazara 200 milyon manat cəlb etməyi planlaşdırır. Əslində bu, pozitiv bir addımdır. Lakin qurduqları sistem kökdən yalnış olduğu üçün, ayrılan vəsait işsizlik və tikinti sektorunun inkişafı üçün heç bir kömək edə bilməyəcək."
Onun sözərinə görə, tikinti sektorunun və işsizliyin aşağı düşmə səbəblərinddən biri də, Rusiya amilidir.
"Əvvəllər həmvətənlərimiz şimal qonşumuzun daxilində pul qazanaraq ailələrinə göndərirdilər. Onlarda bu pullar ilə özərinə torpaq alaraq ev, bağ tiktiridilər. Amma indi Rusiyada fəaliyyət göstərən soydaşlarımızın özünün maddi durumuda yaxşı olmadığı üçün, onlar da bu sektora pul yatızdıra bilmirlər. Sonluqda bu, öz mənfi təsirini göstərir." /