Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:
TƏYƏMMÜMÜN HÖKMLƏRİ
SUAL 91: Əgər bir şəxs (vacib) qüsl verəcəyi təqdirdə namazın qəza olub-olmayacağı barədə şəkk edərsə, vəzifəsi nədir?
Bütün mərcəi-təqlidlərin rəyi: “Bu zaman, mütləq təyəmmüm etməlidir.”
(Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 680; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 681; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 687; Ayətullah Xameneinin dəftərxanasından sorğu.)