Şəri-dini suallara cavablar - SUAL 94

-- Vəzifəsi qüsl əvəzində təyəmmüm olan şəxs Quran ayələrinə əl vura bilərmi və yaxud məsciddə namaz qıla bilərmi?

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 

TƏYƏMMÜMÜN HÖKMLƏRİ

SUAL 94: Vəzifəsi qüsl əvəzində təyəmmüm olan şəxs (təyəmmümdən sonra) Quran ayələrinə əl vura bilərmi və yaxud məsciddə namaz qıla bilərmi?

İmam Xomeyni və Ayətullah Nuri Həmədani: “Əgər həmin şəxs suyun zərərli olmasına və bu kimi hallara görə təyəmmüm edibsə (nə qədər ki, təyəmmümü batil olmayıb və üzrü də aradan qaldırılmayıb), sualda qeyd olunan işləri yerinə yetirə bilər. Amma vaxtın azlığından təyəmmüm edibsə, vacib ehtiyata əsasən, həmin işləri yerinə yetirməsin.”

(“Tozihul-məsaile mərace”, İmam Xomeyni, məsələ 726; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 727.)

Ayətullah Behcət, Ayətullah Təbrizi, Ayətullah Sistani, Ayətullah Xamenei, Ayətullah Safi, Ayətullah Fazil Lənkərani və Ayətullah Vəhid Xorasani: “Əgər həmin şəxs suyun zərərli olmasına və bu kimi hallara görə təyəmmüm edibsə (nə qədər ki, təyəmmümü batil olmayıb və üzrü də aradan qaldırılmayıb), sualda qeyd olunan işləri yerinə yetirə bilər. Amma vaxtın azlığından təyəmmüm edibsə, həmin işləri yerinə yetirə bilməz.”

(“Tozihul-məsaile mərace”, məsələ 726; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 733; “Əcvibətul-istiftaat”, sual 202.)

Ayətullah Məkarim Şirazi: “Nə qədər ki, təyəmmümü batil olmayıb və üzrü də aradan qaldırılmayıb, qeyd edilən işləri yerinə yetirə bilər.”

(“Tozihul-məsaile mərace”, Ayətullah Məkarim Şirazi, məsələ 736.)